23:38 13-06-2020
news_image
207
FUTBOL

Ardıcıl 13-cü qələbə və çempionluq üçün son 3 gün

Almaniya Bundesliqasının XXXI turunda Mönhenqladbax "Borussiya"sını məğlub edən "Bavariya" (2:1) uğurlu seriyasını davam etdirib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi bütün turnirlərdə ardıcıl 13-cü qalibiyyətini əldə edib.

Həmin görüşlərdən 10-u Bundesliqaya təsadüf edib. Hans Flikin kollektivi bu 13 qarşılaşmada 40 top vurub, 9-nu buraxıb. Bundan başqa, "Bavariya" artıq 22 oyundur məğlubiyyət üzü görmür.

Sona 3 tur qalmış ən yaxın izləyicisi Dortmund "Borussiya"sını 7 xal qabaqlayan lider iyunun 16-da "Verder"lə keçiriləcək növbəti tur matçında qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.