
13:01
Uels milli komandasının futbolçusu Qaret Beylin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, İspaniya “Real”ı britaniyalı futbolçunu heyətində saxlayacaq.
Klub rəhbərliyi Qareti müqaviləsinin sonunadək saxlamaq niyyətindədir. Onun anlaşması 2022-ci ilin iyununda başa çatacaq.
Qeyd edək ki, bir müddət öncə “Real”ın həkimi Beyli nə vaxtsa gördüyü ən yaxşı idmançı adlandırıb.