14:55 14-06-2020
news_image
177
FUTBOL

Yoxlama oyununda meydana çıxdı – koronavirusa yoluxan futbolçu

İngiltərə Premyer Liqasında son testlərdə koronavirusa yoluxduğu aşkarlanan iki şəxsdən birinin futbolçu olduğu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Norviç” klubu oyunçusunun testinin müsbət nəticə verdiyini açıqlayıb.

Adı hələ də gizli saxlanılan bu futbolçu bir müddət əvvəl yoxlama oyununda da iştirak edib.

Koronavirusa yoluxan oyunçu “Tottenhem”lə bu həftə baş tutmuş görüşdə meydana çıxıb. Həmin futbolçu birhəftəlik izolyasiya olunacaq. Yalnız yeddi gündən sonra təkrar test verərək məşqlərə qayıda biləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.