22:13 14-06-2020
news_image
283
FUTBOL

“Real”ın tarixində 3-cü - Zidan

İspaniya La Liqasının XXVIII turu “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün tarixi hadisə ilə əlamətdardır. 

Apasport.az saytının məlumatına görə, hazırda davam edən “Eybar”la qarşılaşma fransalı mütəxəssisin bu postda 200-cü görüşüdür.

Zidanın əvvəlki 199 oyununda yetirmələri 131 qələbə qazanıb, 42 heç-heçə edib və 26 dəfə uduzub. Madrid təmsilçisinin tarixində yalnız iki məşqçi 200-dən çox matçda iş başında olub. Bunlar Migel Munyos (605) və Visente del Boskedir (246).