23:32 14-06-2020
news_image
210
FUTBOL

Eddi oynadı, komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz Sequndanın XXXII turunda iştirak edib.

O, şərəfini qoruduğu “Albasete”nin “Almeriya” ilə ev görüşünə start heyətində başlayıb. 90 dəqiqə əvəzlənmədən meydanda olan Eddi heç nə ilə fərqlənməyib.

Onun komandası 0:1 hesabı ilə uduzub. 32 oyunda 35 xal toplayan “Albasete” 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.