00:04 15-06-2020
news_image
165
FUTBOL

Sağ ayağı qırıldı - Musleranın

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera XXVII turun “Rizəspor”la oyununda zədələnib.

Uruqvaylı qolkiper 15-ci dəqiqədə ayağından xəsarət alıb. Rəqib futbolçu Milan Şkoda ilə toqquşmada əlcək sahibinin sağ ayağı qırılıb.

Oyunu davam etdirə bilməyən Musleranı Okan Kocuk əvəzləyib. 9 ildir oynadığı “Qalatasaray”da cəmi 13 matç buraxan Fernando bu gün İstanbulda əməliyyat olunacaq.