11:06 15-06-2020
news_image
163
FUTBOL

"Bavariya"dan ayrıldı - Fransa klubuna keçdi

"Bavariya" futbolçusu Flavius Danilyukla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi karyerasını Fransada davam etdirəcək.

"Bavariya"nın ikinci komandasında çıxış edən avstriyalı oyunçu rəhbərliyin peşəkar müqavilə təklifini rədd edərək, "Nitsa" klubu ilə anlaşıb. 19 yaşlı futbolçu fransızlarla uzunmüddətli müqavilə bağlamağa razılıq verib.

Qeyd edək ki, Vyana "Rapid"inin yetirməsi olan Flavius Danilyuk 2011-2014-cü illərdə "Real"ın akademiyasında çıxış edib. O, 2015-ci ildən "Bavariya"da oynayıb.