11:43 15-06-2020
news_image
188
FUTBOL

Keçmiş klubunu arzulayır - Sanço

Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sançonun karyerasını davam etdirmək istədiyi klubun adı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, gənc vinger "Mançester Siti"yə keçmək niyyətindədir.

İngiltərə millisinin üzvü 17 yaşında ayrıldığı "şəhərlilər"in heyətində indi oynamaq üçün özünü hazır sayır. Hətta 20 yaşlı oyunçu bu niyyətini klub rəhbərliyinə və "Mançester Siti" üzvlərinə də çatdırıb.

Qeyd edək ki, Ceydon Sançonun xidmətində "Mançester Yunayted" maraqlı olsa da, "qırmızı şeytanlar" tələb olunan 115 milyon funt-sterlinqi ödəmək gücündə deyillər.