11:56 15-06-2020
news_image
150
FUTBOL

Daha bir futbolçusu mövsümü başa vurdu - "Qalatasaray"ın

"Qalatasaray" daha bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, hücumçu Florin Andone sıradan çıxıb.

Rumıniyalı forvard Super Liqanın XXVII turunda "Rizəspor"la matçda zədələnib. Oyunun ikinci hissəsində meydana daxil olan 27 yaşlı futbolçu 70-ci dəqiqədə rəqib qapıçı ilə mübarizə zamanı xəsarət alaraq əvəzlənib. Sağ diz bağlarından zədələnən Andonenin mövsümü başa vurduğu açıqlanıb.

Qeyd edək ki, "Rizəspor"a 0:2 hesabı ilə məğlub olduğu görüşdə ayağı qırılan "Qalatasaray"ın qapıçısı Fernando Muslera 7-8 ay yaşıl meydanlardan uzaq qalacaq.