13:32 15-06-2020
news_image
98
FUTBOL

Baş məşqçisini dəyişir - A seriyası klubu

"Fiorentina" baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi mövsümün sonunda Cüzeppe Yakini ilə yollarını ayırmaq niyyətindədir.

Florensiya klubu yeni baş məşqçisini də artıq müəyyənləşdirib. Rəhbərlik "Sassuolo"nun çalışdırıcısı Roberto De Çerbi ilə danışıq aparır. Rəhbərlik ona illik 1,4 milyon avro maaş təklif edib. Ancaq "Sassuolo" da çalışdırıcısını buraxmaq istəmir və bu üzdən yüksək məbləğdə maaş qarşılığında onu saxlamağa çalışır.

Qeyd edək ki, Cezeppe Yakini ötən ilin dekabrından "Fiorentina"ya rəhbərlik edir. Komanda hazırda 30 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşır.