14:00 15-06-2020
news_image
145
FUTBOL

İdman direktoru qovulur - prezidentl mübahisəyə görə

"Roma" klubu idman direktoru Canluka Petrakini vəzifəsindən qovmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, buna səbəb italiyalı sabiq futbolçunun prezident Ceyms Pallotta ilə mübahisə etməsi olub.

Amerikalı biznesmenlə Petrakinin transfer siyasəti ilə bağlı aparılan fikir mübadiləsi zamanı sözləri çəp gəlib və cütlük arasında mübahisə yaşanıb. Pallotta "müqavilə öhdəliklərini yerinə yetirmədi" bəndi ilə idman direktorunun sözləşməsinə xitam vermək istəyir ki, təzminat haqqı az olsun.

Qeyd edək ki, illik maaşı 1 milyon avro olan Canluka Petrakinin "Roma" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.