14:56 15-06-2020
news_image
579
FUTBOL

Rusiya klubu ilə müqavilə bağladı - millimizin sabiq futbolçusu

Son klubu “Kamaz” olan Azərbaycan millisinin sabiq futbolçusu David Karayevin yeni komandasının adı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Rusiya Premyer Liqa klubu "Ural"a keçib.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü “Ural”la müqaviləyə qol çəkib. Klub rəsmi saytı vasitəsilə Karayevin 2020/21 mövsümündən komandanın formasını geyinəcəyini bəyan edib. Futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək. O, artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir.

Qeyd edək ki, David Karayev son mövsümdə “Kamaz”ın heyətində aşağı liqada meydana çıxdığı 16 oyunda 11 qol vurub.