15:32 15-06-2020
news_image
308
FUTBOL

İki qardaşı istəyir - PSJ

PSJ komandadan ayrılan Tiaqo Silvanın alternativini axtarmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, Fransa klubu "Bavariya"nın müdafiəçisi Lukas Ernandesin bu funksiyanı layiqincə yerinə yetirəcəyini düşünür.

Parislilər Ernandesin transferi üçün ilk olaraq onun yaxınları ilə təmas qurub. Hətta PSJ onunla yanaşı, "Milan"dakı qardaşı Teo Ernandesi də heyətinə cəlb etməyə çalışır.

Qeyd edək ki, Lukas Ernandes bu mövsüm Bundesliqada 24 oyun keçirib.