23:12 15-06-2020
news_image
101
FUTBOL

"Real"da 2 itki - məşqi buraxdılar

İspaniya La Liqasının XXVIII turunda "Eybar" üzərində qələbə qazanan "Real"ın (3:1) iki futbolçusu zədələnib.

Apasport.az saytının məlumatına görə, söhbət yarımmüdafiəçi Lukas Vaskes və hücumçu Qaret Beyldən gedir.

Dünənki görüşün 61-ci dəqiqəsində meydana daxil olan Beyl əzələsində narahatlıq hiss edib. Matçı buraxan Vaskesdə isə yenidən əzələ zədəsi aşkarlanıb. Bu səbəbdən hər iki oyunçu bugünkü məşqi buraxıb.

Qeyd edək ki, "Real" növbəti oyunu iyunun 18-də evdə "Valensiya"ya qarşı keçirəcək.