09:26 16-06-2020
news_image
197
DİGƏR NÖVLƏR

Bakıdakı dünya çempionatının tarixi açıqlandı

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınmış yarışların tarixini Beynəlxalq Gimnastika Federasiyası (FIG) müəyyənləşdirib.

Federasiya bu haqda qərarını video-konfrans formatında keçirilmiş iclasında qəbul edib. Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.