11:24 16-06-2020
news_image
131
FUTBOL

135 milyonluq transfer - “Nyukasl”ın planı

İngiltərənin “Nyukasl” klubu transfer bombası gerçəkləşdirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile üçün nəhəng məbləğ ödəmək niyyətindədir.

Nyukaslın eyniadlı təmsilçisi 30 yaşlı hücumçu üçün 135 milyon avro təklif edəcək. Bu, klubun sahibini dəyişməsinin rəsmiləşməsindən sonra reallaşacaq. Bu keçid baş tutsa, Ərəb investorların klubu almasından sonra ilk transfer olacaq.

Qeyd edək ki, italiyalını digər İngiltərə klubları da heyətində görmək istəyir.