12:06 16-06-2020
news_image
98
FUTBOL

Nəhənglərin diqqət mərkəzində - ekvadorlu müdafiəçi

“Uotford”un müdafiəçisi Pervis Estupinian Avropanın böyük klublarının diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Osasuna”da çıxış edən Ekvador millisinin sol cinah oyunçusu 3 klubdan təklif alıb.

Bunlar “Barselona”, “Mançester Yunayted” və “Atletiko”dur. “Osasuna”nın 22 yaşlı futbolçunu transfer etmək hüququ var. Lakin La Liqa təmsilçisi bundan imtina etsə, adıçəkilən klublar transferi reallaşdırmağa çalışacaq. Gələn ilin yayına qədər icarəyə götürülən gənc müdafiəçinin transfer dəyəri 7 milyon avrodur.

Qeyd edək ki, bu mövsüm 30 matçda iştirak edən Pervis Estupinian 1 qol, 5 assistlə yadda qalıb.