12:30 16-06-2020
news_image
140
FUTBOL

Bombardir ayrılmaq istəyir – Çempionlar Liqasına görə

“Monako”nun hücumçusu Vissam Ben-Yedder komandasını dəyişmək fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı forvard bu istəyini artıq rəhbərliyə çatdırıb.

Ben-Yedder Çempionlar Liqasında iştirak etməyi arzulayır və həmin turnirə vəsiqə qazanan klublardan birinə keçmək niyyətindədir. Knyazlıq klubu Fransa millisinin üzvünün xahişini nəzərə alaraq, təklifləri dəyərləndirmək qərarına gəlib.

Qeyd edək ki, Vissam Ben-Yedder erkən başa çatdırılan mövsüm 31 oyunda 19 qol, 9 assistə imza atıb və komandasının bombardiri olub.