14:31 16-06-2020
news_image
166
FUTBOL

Dmitri Kramarenkonun Rusiyanın MOİK-ində möhkəmlənə bilməməsinin səbəbi açıqlandı

Azərbaycan milli komandasının sabiq futbolçusu Dmitri Kramarenkonun Rusiyanın MOİK klubunda möhkəmlənə bilməməyinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisinin qapıçıları barədə silsilə yazılan dərc edən “soccer.ru” portalı yığmamızın sabiq qolkiperini də yada salıb.

Kramarenkonun MOİK karyerasının qısamüddətli olmasının səbəbi də həmin yazıda əksini tapıb: “2002-ci ilin yazında “Neftçi”nin məşhur qapıçısı Sergey Sergeyeviç Kramarenkonun oğlu əsas heyət oyunçusu olduğu Moskva “Dinamo”sundan MOİK-ə keçdi. “Hərbçilər”in baş məşqçisi Valeri Qazzayev özünü sığortalamaq üçün ikinci qapıçı yerinə yaxşı tanıdığı futbolçunu dəvət etdi. Amma Dmitri Kramarenko “qırmızı-göy”lərin heyətində az oynadı – cəmi üç görüşdə. Yayda Veniamin Mandrıkin zədələndi. Elə görünürdü ki, budur Dmitri üçün şans. Amma Vladiqafqazda işlədiyi vaxtdan Kramarenko ilə yaxşı tanış olan Valeri Qazzayev ona güvənməyə risk etmədi. Sonradan “hərbçilər” Ruslan Niqmatullini dəvət etdi. Bir il sonra isə İqor Akinfeyevin ulduzu parladı. Kramarenko bir müddət MOİK-in heyətində oldu, Rusiyada bir az oynayıb, sonra kifayət qədər uzun müddət çıxış etdiyi Azərbaycana qayıtdı”.

Qeyd edək ki, Kramarenko Rusiyada “Dinamo” və MOİK-dən başqa “Alaniya”, “Torpedo”, “Baltika”, “Terek” klublarında da oynayıb.