14:39 16-06-2020
news_image
722
TOP OYUNLARI

Azərbaycan yığmasının hücumçusu Bakı klubunda!

Qadınlardan ibarət “Azərreyl” voleybol klubu heyətini gücləndirməkdə davam edir. 

Apasport.az saytının məlumatına görə, 1 illik fasilədən sonra yenidən avrokubokda oynayacaq Bakı təmsilçisi Azərbaycan millisinin daha bir oyunçusunu rənglərinə bağlayıb. 

“Azərreyl” yığmamızın hücumçusu Anastasiya Bessonova ilə razılıq əldə edib. “Telekom”un yetirməsi olan, ardınca yerli AVF, Sloveniyada “Maribor” və Rumıniyada “Alba” klublarının formasını geyinən 21 yaşlı voleybolçu ilə 1 mövsümlük müqavilə bağlanıb. 

Bununla da, “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı 6-ya çatıb. Voleybolumuzun flaqmanı daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlayıb.