15:15 16-06-2020
news_image
198
FUTBOL

Londondan Mançesterə köçür? - Villian

“Çelsi”nin yarımmüdafiəçisi Villian karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, London klubunda qalmağı düşünməyən Braziliya millisinin üzvü Mançesterə köçməyə hazırlaşır.

“Zadəganlar”la müqavilə müddəti bu ayın sonuna qədər olan 31 yaşlı hücumameyilli oyunçunun “Mançester Yunayted”ə keçidi gözlənilir. Çünki “qırmızı şeytanlar” ulduz futbolçunun meneceri ilə danışıqlara başlayıb. Villianın yeganə şərti 3 illik müqavilənin imzalanmasıdır ki, “Çelsi” buna razılıq vermir.

Qeyd edək ki, Villian “Barselona”, “Real” və PSJ-nin də diqqət mərkəzindədir.