15:48 16-06-2020
news_image
161
FUTBOL

İran klubu ilə danışıqlara başladı – “Sumqayıt”

“Sumqayıt” hücumçusu Peyman Babayi ilə bağlı qərarını qətiləşdirib.

Bu barədə apasport.az saytına “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev məlumat verib.

Klub rəhbəri bildirib ki, hazırda icarə əsasında “Sumqayıt”ın formasını geyinən iranlı forvardın komandada qalmasında maraqlıdırlar. Rəfiyev bununla bağlı 26 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu İran klubu “Maşinsazi” ilə danışıqlara başladıqlarını söyləyib: “Biz Peymanın gələn mövsüm də komandamızın formasını geyinməsini istəyirik. Hazırda “Maşinsazi” ilə danışıqlar gedir”.

Qeyd edək ki, Peyman Babayi cari mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 7 qol vurub.