17:23 16-06-2020
news_image
209
FUTBOL

“Onun gətirilməsi ilə bağlı danışıqlar davam edir” – klub prezidenti

“İndiki durumda Aleksey İsayevin Azərbaycana gəlməsi bizdən asılı deyil”.

Bunu apasport.az saytına “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev deyib.

Koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar dayandırıldığı üçün Rusiyada ailəsinin yanında olan yarımmüdafiəçi Aleksey İsayev Azərbaycana qayıda bilmir. Məsələyə münasibət bildirən klub prezidenti millimizin üzvünün dönməsi üçün danışıqların davam etdirildiyini söyləyib: “Alekseyin Azərbaycana gətirilməsi ilə bağlı danışıqlar davam edir. Hazırda bu məsələdə konkret irəliləyiş yoxdur. Amma beynəlxalq uçuşlar bərpa edilsə, bir addım atmaq olar”.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyulun 1-dək uzadılıb.