18:39 16-06-2020
news_image
579
FUTBOL

"Neftçi"nin avtobusu qəzaya uğradı

"Neftçi" klubunun avtobusu qəzaya düşüb.

Apasport.az saytının məlumatına görə, hadisə bu gün Heydər Əliyev prospektində ("İnter Arena" stadionun qarşısında metronun "Koroğlu" stansiyası istiqamətində) baş verib.

Taksi xidməti göstərən "Daewoo" markalı maşın "Neftçi"nin əsas komandasının avtobusu ilə toqquşub. Komanda məşqə gedirmiş.

Əməkdaşımızla söhbətində məlumatı təsdiqləyən "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev komanda üzvlərindən heç kimin xəsarət almadığını bildirib.