00:24 17-06-2020
news_image
247
FUTBOL

“Bavariya”dan 30-cu çempionluq, “Paderborn” Bundesliqayla vidalaşdı

Almaniya Bundesliqasında XXXII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 4 qarşılaşma baş tutub.

Günün ilk görüşü Mönhenqladbaxda təşkil olunub. Mükafatlara iddialı “Borussiya” turnir cədvəlindəki qonşusu “Volfsburq”u üç cavabsız qolla darmadağın edib. 

Turun ilk günü çempionun müəyyənləşməsi ilə əlamətdar olub. Bremendə “Verder”ə qalib gələn “Bavariya” ardıcıl 8-ci, ümumilikdə isə yubiley – 30-cu dəfə qızıl medallara sahib çıxıb.

Səfərdəki qələbə Münhen təmsilçisinə ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı ilə xal fərqini 10-a çatdırmaq imkanı verib. Son iki görüşü formal xarakter daşıyacaq “Bavariya”nın əsas rəqibi isə üç oyunu qalsa da, gümüş üçün mübarizə aparacaq. 

Günün digər iki matçında “Frayburq” “Herta” üzərində qələbə qazanıbsa, “Union” “Paderborn”u bir qolla yenib. Bununla da qonaqların sonuncu yeri tutması və 2-ci Bundesliqaya yuvarlanması rəsmiləşib.

Qeyd edək ki, turun digər qarşılaşmaları iyunun 17-də keçiriləcək.

Almaniya Bundesliqası
XXXII tur
16 iyun
“Borussiya” M – “Volfsburq” – 3:0
Hoffmann, 11, 30, Ştindl, 65

“Frayburq” – “Herta” – 2:1
Qrifo, 61, Petersen, 71 – İbişeviç, 65
“Union” – “Paderborn” – 1:0
Zolinski, 27 (avtoqol)
“Verder” – “Bavariya” – 0:1
Levandovski, 43