01:02 17-06-2020
news_image
181
FUTBOL

Çempionluq qazandırdı, rekorda şərik çıxdı

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Bundesliqanın tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu çempionatın tarixinin rekordunu təkrarlayıb.

O, XXXII turun “Verder”lə səfər oyununda vurduğu qolla komandasına 1:0 hesablı qələbə və ardıcıl 8-ci çempionluğu qazandırıb. Bu, Robertin cari mövsümdə 31-ci qolu olub.

Bununla da Levandovski Bundesliqada bir mövsümə ən çox qol vuran legioner adına şərik çıxıb. 2016/17 mövsümündə Dortmund “Borussiya”sında çıxış edən Pyer-Emerik Obameyanq da 31 qol vurmuşdu. Lakin polşalı son iki turda vuracağı qolla qabonlunu arxada qoymaq imkanına da malikdir.

Qeyd edək ki, 32 matçda 76 xal toplayan “Bavariya” tarixində 30-cu dəfə qızıl medallara yiyələnib.