09:27 17-06-2020
news_image
226
FUTBOL

Ən sürətli və ardıcıl çempionluqlar – “Bavariya”da

Almaniya Bundesliqasının XXXII turunda “Verder” üzərində qələbə qazanaraq (1:0) çempionluğunu rəsmiləşdirən “Bavariya”da bir neçə rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Münhen klubunun müdafiəçisi Alfonso Devis sürət rekordunu yeniləyib.

O, 36,51 km sürət yığmaqla Almaniya çempionatları tarixinin ən sürətli oyunçusu ünvanına yiyələnib. 19 yaşlı müdafiəçi Dortmund “Borussiya”sının müdafiəçisi Əşrəf Hakimiyə məxsus 36,49 km-lik sürət həddini keçib.

“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman isə ardıcıl 8-ci dəfə ölkə çempionluğunu qazanıb. 2013 və 2014-cü ildə PSJ ilə Fransa, 2015-ci ildə “Yuventus”la İtaliya çempionu olan 24 yaşlı futbolçu artıq 5 ildir “Bavariya”nın heyətində qızıl medallara yiyələnir.

Qeyd edək ki, Alfonso Devis “Bavariya”nın heyətində keçirdiyi 37 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə verib. Kinqsli Koman isə cari mövsüm bütün turnirlərdə 32 görüşdə iştirak edib, aktivinə 6 top yazdırıb.