10:08 17-06-2020
news_image
136
FUTBOL

Sançesə çatdı, Ronaldoya yaxınlaşdı - Messi

“Barselona”nın kapitanı Lionel Messi penalti sayına görə, İspaniya La Liqası tarixində ikinci pilləyə yüksəlib.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz XXIX turda “Leqanes”lə (2:0) qarşılaşmada buna nail olub.

Görüşün 69-cu dəqiqəsində komandasının ikinci topuna imza atan 32 yaşlı futbolçu 56-cı penalti qoluna sevinib. Bununla o, “Real” və “Atletiko”nun əfsanəsi Uqo Sançesə çatıb. La Liqada 11 metrlik zərbədən ən çox sevinən oyunçu isə “Real”ın sabiq forvardı Kriştianu Ronaldodur. Portuqaliyalı 262 matçda 61 penalti qoluna imza atıb. Messinin aktivində isə 476 oyun var.

Qeyd edək ki, Lionel Messi cari mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 26 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. “Barselona” isə hazırda 64 xalla La Liqaya başçılıq edir.