14:59 17-06-2020
news_image
77
FUTBOL

Premyer Liqanın ən yaxşı məşqçiləri - SİYAHI

İngiltərə Premyer Liqasının tarixinin ən yaxşı baş məşqçiləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Give Me Sport”un tərtib etdiyi siyahının 1-ci pilləsində Aleks Ferqyuson qərarlaşıb.

“Mançester Yunayted”in sabiq çalışdırıcısı 1992-ci ildən Premyer Liqa adlanan yarışın ən yaxşısı olub. “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger ikinci yeri tutub. Əvvəl “Çelsi” və “Mançester Yunayted”də, indi “Tottenhem”də işləyən Joze Mourinyo ilk “üçlüy”ü qapayır.

Siyahıda sonrakı pillələri Pep Qvardiola, Yurgen Klopp, Klaudio Ranyeri, Kenni Dalqliş, Karlo Ançelotti, Bobbi Robson və Sem Ellardays tutub. “Onluq”da yalnız iki ingiltərəli yer alıb. Bunlar Robsonla Ellardaysdır.