15:18 17-06-2020
news_image
211
FUTBOL

“Səkkizlər finalı”nın püşkatmasının tarixi bilindi - ÇL-də

Çempionlar Liqasının “səkkizlər finalı”nın püşkatma tarixi müəyyənləşib.

Apasport.az saytının Fransanın “Ekip” nəşrinə istinadən məlumatına görə, UEFA iyulun 10-da püşkatma keçirəcək.

Koronavirus pandemiyası üzündən yarımçıq qalan mövsümün qalan hissəsi mini turnir formatında keçiriləcək. Avqustun 12-23-də baş tutacaq qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunacaq. Burada 1/4, 1/2 final və həlledici qarşılaşma keçiriləcək. 1/8 finalın qalan görüşləri isə yenidən təşkil edilməyəcək.