23:28 17-06-2020
news_image
73
FUTBOL

Qələbə ilə təhlükəli zonadan çıxdı - İsrafilovun komandası

İspaniya La Liqa2-də XXXIII turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfər görüşünə çıxıb.

Şəhərin eyniadlı komandası turnir cədvəlində qonşu olan “Estremadura”nın qonağı olub. Təhlükəli zonada qərarlaşan komandaların duelində 1 qol həlledici olub. Fasilə ərəfəsində hesabı açan "Albasete" 1:0 hesablı qələbə qazanaraq, son pillələrdən qurtulub.

Start heyətində meydana daxil olan İsrafilov 28-ci dəqiqədə sarı vərəqə almaqla fərqlənib. Yığmamızın üzvü 51-ci dəqiqədə Roman Zozulya ilə əvəzlənib.

Qeyd edək ki, qələbə sayəsində xal ehtiyatını 38-ə çatdıran "Albasete" turnir cədvəlində 17-ci pilləyə yüksəlib.