01:16 18-06-2020
news_image
124
FUTBOL

"Mançester Siti" ilə bacarmadı - "Arsenal"

İngiltərədə koronavirus pandemiyası səbəbindən dayandırılan futbol yenidən bərpa olunub.

Apasport.az saytının məlumatına görə, 98 günlük məcburi fasilədən sonra bu gün Premyer Liqada ilk oyunlar keçirilib.

XXVIII turdan təxirə salınmış iki qarşılaşma oynanılıb. Avrokuboklara iddiasını davam etdirən “Şeffild Yunayted” səfərdə təhlükəli zonada qərarlaşan “Aston Villa” önündə xal itkisinə məruz qalıb.

Çempionluqdan demək olar ki, əli üzülən “Mançester Siti” isə doğma arenasında uğursuz mövsüm keçirən “Arsenal”ı sınağa çəkib. Fasilə ərəfəsində ev sahibləri hesabı açıblar. İkinci hissənin əvvəllərində David Luizin qırmızı vərəqə alması ilə "Arsenal"ın olan-qalan ümidi ölüb. Onlar qapılarında daha 2 qol görüblər. Beləliklə, "Mançester Siti" dönüşünü inamlı qələbə ilə başa vurub.

Qeyd edək ki, Premyer Liqada XXX turun oyunları 19-22 iyunda keçiriləcək.

İngiltərə Premyer Liqası
XXVIII turdan təxirə salınan oyunlar
17 iyun
“Aston Villa” – “Şeffild Yunayted” – 0:0

“Mançester Siti” – “Arsenal” – 3:0
Sterlinq, 45+2; De Bruyne, 51 (pen.), Foden, 90+1

1

 Liverpul

29

27

1

1

66-21

82

2

 Mançester S.

29

19

3

7

71-31

60

3

 Lester

29

16

5

8

58-28

53

4

 Çelsi

29

14

6

9

51-39

48

5

 Mançester Y.

29

12

9

8

44-30

45

6

 Şeffild Yunayted

29

11

11

7

30-25

44

7

 Vulverhempton

29

10

13

6

41-34

43

8

 Tottenhem

29

11

8

10

47-40

41

9

 Arsenal

29

9

13

7

40-39

40

10

 Bernli

29

11

6

12

34-40

39

11

 Kristal Pelas

29

10

9

10

26-32

39

12

 Everton

29

10

7

12

37-46

37

13

 Nyukasl

29

9

8

12

25-41

35

14

 Sauthempton

29

10

4

15

35-52

34

15

 Brayton

29

6

11

12

32-40

29

16

 Vest Hem

29

7

6

16

35-50

27

17

 Uotford

29

6

9

14

27-44

27

18

 Bornmut

29

7

6

16

29-47

27

19

 Aston Villa

29

7

5

17

34-56

26

20

 Norviç

29

5

6

18

25-52

21