10:09 18-06-2020
news_image
81
FUTBOL

Yeni rekord - La Liqada

İspaniyanın “Atletiko” klubunun qapıçısı Yan Oblak La Liqanın tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, sloveniyalı qolkiper çempionatda 100-cü quru oyununu keçirib. 

O, bu rəqəmə ən tez çatan qapıçı adına yiyələnib. Oblak 182-ci matçında 100-cü dəfə qapısını toxunulmaz saxlayıb.

Bu, “Osasuna” ilə qarşılaşmaya təsadüf edib. Madrid klubu 5:0 hesablı qələbə qazanıb.