10:58 18-06-2020
news_image
74
FUTBOL

“Real”ın futbolçusuna 6 milyonluq maaş təklifi – “Bavariya”dan

Dortmund “Borussiya”sının müdafiəçisi Əşrəf Hakimi karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Borussiya”da icarə əsasında çıxış edən 22 yaşlı futbolçu “Bavariya”nın diqqət mərkəzinə düşüb.

Münhen təmsilçisi müqavilə ilə “Real”a məxsus olan Mərakeş millisinin üzvü ilə danışıqlara da başlayıb. Düzdür, Hakimi mövsümün sonunda İspaniyaya qayıdaraq “kral klubu”nun düşərgəsinə qoşulacaq. “Real” rəhbərliyi onu yalnız 60 milyon avroya satmağa razılıq verəcək. “Bavariya” oyunçunun özünə isə illik 6 milyon avro maaş təklif edib.

Qeyd edək ki, “Real” akademiyasının yetirməsi olan Əşrəf Hakimi 2017-ci ildə əsas komandaya cəlb edilib.