13:09 18-06-2020
news_image
96
FUTBOL

Futzal üzrə Azərbaycan çempionatının taleyi asılı vəziyyətdə - Operativ Qərargahdan

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının taleyinə aydınlıq gəlməyib.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsi bu gün təşkil olunan videokonfransında konkret qərar qəbul etməyib.

Konfransda koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün başa çatdırılması müzakirə olunsa da, komitə üzvləri bir qədər də gözləmək qərarına gəlib. Buna səbəb Yüksək Liqanın pley-off mərhələsinin keçirilmə ehtimalıdır.

Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın müddətdə qapalı zalların açılması ilə bağlı qərar verməsə, o zaman mövsüm erkən başa çatdırılacaq və lider “Araz” çempion elan olunacaq. 

Qeyd edək ki, Yüksək Liqada 19 turdan sonra “Araz” 57 xalla turnir cədvəlinə başçılıq edir. “Marafon” və EKOL hərəyə 45 xalla 2-3-cü yerləri bölüşdürürlər.