12:48 18-06-2020
news_image
492
FUTBOL

“Neftçi”yə çatdı – “Qarabağ”

Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının başa çatdırılması barədə qərar “Qarabağ”ın ardıcıl 7-ci, tarixdə 8-ci dəfə çempion olmasını rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, bununla da Ağdam təmsilçisi ölkə rekordunu təkrarlayıb.

Bunadək 1992-ci ildən keçirilən çempionatların rekordçusu “Neftçi” idi. Ölkənin ən titullu klubu 8 çempionluq yaşayıb. “Qarabağ” bakılıların bu göstəricisini təkrarlayıb.

Çempionluq sayında 3-cü pillədə “Kəpəz”dir. Qərblilər”in üç çempionluğu var.

Qeyd edək ki, indiyədək 8 klub Azərbaycan çempionatının qızıl medallarına yiyələnib.

Azərbaycan çempionları
1-2. “Neftçi” – 8 (1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11, 2011/12, 2012/13)
“Qarabağ” – 8 (1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20)
3. “Kəpəz” – 3 (1994/95, 1997/98, 1998/99)
4-6. “Şəmkir” – 2 (1999/2000, 2000/01)
“Bakı” – 2 (2005/06, 2008/09)
“Keşlə” – 2 (2007/08, 2009/10)
7-8. “Turan” – 1 (1993/94)
“Xəzər Lənkəran” – 1 (2006/07)