13:20 18-06-2020
news_image
91
FUTBOL

Timo Vernerin transferini rəsmiləşdirdi - “Çelsi”

Almaniya milli komandasının və “Leypsiq” klubunun futbolçusu Timo Vernerin “Çelsi”yə transferi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi 24 yaşlı hücumçunun keçidini açıqlayıb.

Vernerlə 5 illik müqavilə imzalanıb. Cari mövsümün sonunadək “Leypsiq”də qalacaq forvard iyulda yeni klubuna qoşulacaq.

London klubu Verner üçün 47,5 milyon funt sterlinq ödəyib. Bunun 15 faizi Timonun 2016-cı ilədək oynadığı “Ştutqart”a çatacaq. Hücumçunun özü həftədə təxminən 170 min funt qazanacaq.

Qeyd edək ki, Verner cari mövsüm Bundesliqanın 32 oyununda 26 qol vurub.