14:27 18-06-2020
news_image
117
FUTBOL

Məşqləri dayandırdı - “Sumqayıt”

“Sumqayıt” klubu məşqlərini dayandırıb.

Bu barədə apasport.az saytına “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

Gənc çalışdırıcı bildirib ki, cari mövsüm AFFA İcraiyyə Komitəsi tərəfindən başa çatdırıldığı üçün komanda hazırlığı dayandırıb: “Növbəti mövsümün təqviminə uyğun plan tərtib edəcəyik. Yalnız ondan sonra 2020/21 mövsümünün hazırlığına nə vaxt başlayacağımıza qərar verəcəyik”.

Qeyd edək ki, başa çatdırılan Premyer Liqanı 4-cü pillədə tamamlayan “Sumqayıt” tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.