14:42 18-06-2020
news_image
168
FUTBOL

“Sevindirici xəbər olmadı” – Jelko Sopiç

“Bu, AFFA-nın qərarıdır və ölkədəki hazırkı vəziyyətlə bağlıdır”.

Bunu apasport.az saytına “Sabah”ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis AFFA İcraiyyə Komitəsinin 2020/21 mövsümünü erkən başa çatdırması qərarına münasibət bildirib. Sopiç komandasının avrokuboklara vəsiqə qazana bilmədiyini səbəb kimi göstərərək, qərara üzüldüklərini söyləyib: “Təbii ki, bizim üçün sevindirici xəbər olmadı. Ancaq bununla razılaşmalıyıq. Ümid edirəm ki, yeni mövsümə mümkün qədər tez başlanılması barədə qərar verilər”.

Qeyd edək ki, “Sabah” mövsümü 6-cı pillədə başa vurub.