17:00 18-06-2020
news_image
161
FUTBOL

Yeni mövsüm üçün toplaşacağı vaxtı müəyyənləşdirdi - “Keşlə”

“Keşlə” klubu mövsümün erkən başa çatdırılması ilə əlaqədar məşqləri dayandırıb.

Bu barədə apasport.az saytına Bakı təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

49 yaşlı mütəxəssis iyunun əvvəlində məşqlərə başlasalar da, futbolçuların yenidən istirahətə buraxıldığını söyləyib. O, kollektivin bir araya gələcəyi təxmini vaxtı da açıqlayıb: “Komanda bir müddət istirahətə buraxılacaq. Təxminən iyulun əvvəllərində toplaşıb, həm avrokuboklarda, həm də Premyer Liqada yeni mövsümə hazırlaşacağıq”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bu gün Premyer Liqanın başa çatdırılmasını qərara alıb. Mövsümü 3-cü pillədə tamamlayan “Keşlə” Avropa Liqasına vəsiqə əldə edib.