22:24 18-06-2020
news_image
222
DİGƏR NÖVLƏR

Azərbaycan idmançılarının qatılacağı dünya çempionatının yeri dəqiqləşdi

Azərbaycan idmançılarının daimi iştirakçısına çevrildiyi fiqurlu konkisürmə üzrə dünya və Avropa çempionatlarının keçiriləcəyi yer bəlli olub.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Konkisürmə Federasiyası (İSU) dünya çempionatının İsveçin paytaxtı Stokholmda keçiriləcəyini təsdiqləyib.

2021-ci ildəki çempionat martın 22-28-də baş tutacaq. Avropa çempionatı isə yanvarın 25-31-də təşkil olunacaq. Turnirə Xorvatiya Zaqrebi ev sahibliyi edəcək. Gənclərin dünya çempionatı martın 1-7-də Çinin Harbin şəhərində baş tutacaq.

Qeyd edək ki, 2020-ci ildə Kanadanın Monreal şəhərində keçirilməli olan mundialın təşkilinə koronavirus pandemiyası imkan verməyib.