22:46 18-06-2020
news_image
182
FUTBOL

Mini çempionat

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü ölkə çempionatları tarixinə ən az oyunun keçirildiyi yarış kimi düşüb.

Apasport.az saytının məlumatına görə, 20 turdan sonra dayandırılan mövsümdə vur-tut 80 matç keçirilib.

Çempion və mükafatçılar məhz bu 80 qarşılaşmaya əsasən müəyyənləşib. 1992-ci ildən təşkil olunan yarışda heç vaxt belə az matç baş tutmayıb.

Hətta yarımçıq qalıb davam etdirilməyən 2001/02 mövsümü az qala iki dəfə çox oyunla diqqət çəkib. Həmin vaxt 148 matçdan 5-də texniki nəticə qeydə alınıb, 143-ü baş tutub.

İndiyədək antirekord isə 2000/01 mövsümünə aid idi. 110 matçdan və “Qızıl oyun”dan ibarət olan çempionatda 111 oyun keçirilməli idi. Bunlardan 15-də texniki nəticə yaşanıbsa, 96-sı rəsmən tarixə düşüb.

Son üç mövsümün təqvimində də az sayda - 112 görüş planlaşdırılıb. 2016/17 mövsümündə bir, 2018/19 mövsümündə iki qarşılaşma texniki nəticə ilə bitibsə, digərləri baş tutmuş sayılır.