23:39 18-06-2020
news_image
201
FUTBOL

“Alanyaspor”dan ilk - finalçılar bilindi

Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci finalçı Alanyada müəyyənləşib.

“Antalyaspor”u qəbul edən “Alanyaspor” rəqibini darmadağına məruz qoyub. Papis Demba Sissenin het-trik etdiyi görüşdə meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.

Martda keçirilən səfər qarşılaşmasında da qalıb gələn (1:0) alanyalılar finala yüksəlib. Tarixində ilk dəfə həlledici matça vəsiqə qazanan komandanın rəqibi “Trabzonspor” olacaq. Görüş iyulda baş tutacaq.

Qeyd edək ki, digər yarımfinal cütündə “Fənərbaxça” ilə görüşən “Trabzonspor” da hər iki qarşılaşmada qalib gəlib – 2:1, 3:1.

Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
18 iyun
“Alanyaspor” – “Antalyaspor” – 4:0

Sisse, 15, 46, 49, Gülselam, 25
İlk oyun – 1:0