00:27 19-06-2020
news_image
153
FUTBOL

Çexiyalı hücumçuya elçi düşdü - “Nyukasl”

İngiltərənin “Nyukasl” klubunun yayda heyətinə qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi çexiyalı hücumçu Patrik Şikin transferində maraqlıdır.

İtaliya “Roma”sının futbolçusu hazırda icarə əsasında Almaniya “Leypsiq”inin şərəfini qoruyur. Romalılar 24 yaşlı oyunçu üçün 24 milyon funt sterlinq istəyir.

Qeyd edək ki, Şik cari mövsüm Bundesliqada 21 oyuna 10 qol vurub.