01:13 19-06-2020
news_image
161
FUTBOL

Fransa klubunda 5 yoluxma - koronavirusa

Fransanın “Sent-Etyenn” klubunda 5 nəfərdə koronavirus yoluxması aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunu Liqa1 təmsilçisi açıqlayıb.

Testlərin nəticələri müsbət nəticələnənlərdən üçü əsas komandanın futbolçularıdır. Bildirilir ki, yoluxanlar bir-biri ilə təmasda olmayıb. Onların hər biri karantində olsa da, ayrı-ayrı yerlərdə virusa tutulub. Bu beş şəxs yenidən özünü izolyasiyaya göndərilib. Onlar karantin müddətindən sonra növbəti dəfə test verəcək.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən Liqa1 yarımçıq başa çatdırılıb.