09:25 19-06-2020
news_image
192
FUTBOL

“Azərbaycana getmək üçün “yanmırdım” – Rusiya millisinin sabiq qapıçısı

Rusiya millisinin sabiq qapıçısı Yuri Lodıginin karyerasını Azərbaycanda davam etdirmək variantı olub.

Apasport.az xəbər verir ki, bunu 30 yaşlı qolkiper özü deyib.

Ölkəsində “Sport-Express” nəşrinə geniş müsahibə verən Tula “Arsenal”ının oyunçusu ötən ilin yayında bir neçə ölkədən təklifinin olduğunu, onların arasında Azərbaycanın da yer aldığını söyləyib.

Lakin Lodıgin həmin vaxt Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”ə keçmək qərarına gəlib: “Almaniyadan 2 təklif gəlmişdi. Almanlarla işləmək çətindir. Onlar üçün yerli dili və çempionatın xüsusiyyətlərini bilən futbolçular prioritetdir. Avqusta qədər Almaniya variantı qalmamışdı. Qazaxıstan və Azərbaycana yollana bilərdim. Əla maliyyə şərtlərinə baxmayaraq, bu ölkələrə getmək üçün “yanmırdım”. Sonra Türkiyədən çağırdılar və düşündüm ki, sıfırdan başlayaram”.

Qeyd edək ki, karyerası ərzində “Zenit”, “Olimpiakos” kimi klublarda çıxış etmiş Yuri Lodıgin “Arsenal”a bu ilin fevralında “Qaziantep”dən keçib. O, 2013-2016-cı illərdə Rusiya millisinin heyətində 11 matçda iştirak edib.