09:30 19-06-2020
news_image
8462
FUTBOL

“Qarabağ” səpələndi – Çempionlar Liqasında

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması zamanı yer alacağı səbət müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən Premyer Liqanın yarımçıq başa çatdırılması səbəbindən Azərbaycan çempionu elan olunan Qurban Qurbanovun yetirmələri səpələnmiş olacaq.

Buna səbəb 8 qat Azərbaycan çempionunun yüksək reytinqidir. Əyalət klubunun UEFA əmsalı 21,000-ə bərabərdir.

I təsnifat mərhələsində 34 komanda mübarizə aparacaq. Onlardan biri ilkin raundun qalibi olacaqsa, digər 33 klub yarışa buradan başlayacaq.

Artıq bu “33-lük”dən 24-ü bəllidir. “Qarabağ” reytinqinə görə 4-cü yerdədir. Azərbaycan çempionu yalnız “Seltik”, “Astana” və “Srvena Zvezda”dan geri qalır.

4-cü yer isə artıq səpələnmiş olmağa təminat verir. Çünki hər səbətdə 17 komanda yer alacaq. Çempionu bilinməyən 9 ölkənin təmsilçisi yüksək əmsala malik olsa belə, hazırda ilk 8 pillədə olan komanda, o cümlədən “Qarabağ” güclü “17-lik”də qərarlaşacaq.

“Seltik”, “Astana”, “Srvena Zvezda”dan başqa, “Molde”, “Şerif”, “Ferensvaroş” və “Dandolk” da “Qarabağ”la eyni səbətdə yer aldığından çempionumuza rəqib olmayacaq.

Əvəzində səpələnmədiyi dəqiqləşən 7 klub mümkün rəqiblərdir. Bunlar “Riqa”, “Konnah”, “Klaksvik”, “Europa”, “KuPS”, “Reykyavik” və “Floriana”dır.

Çempionlar Liqası, 2020/21 mövsümü
I təsnifat mərhələsi
Səpələnmişlər
“Seltik” (Şotlandiya) – 34,000
“Astana” (Qazaxıstan) – 29,000
“Srvena Zvezda” (Serbiya) – 22,750
“Qarabağ” (Azərbaycan) – 21,000
“Molde” (Norveç) – 14,000
“Şerif” (Moldova) – 12,750
“Ferensvaroş” (Macarıstan) – 9,000
“Dandolk” (İrlandiya) – 8,500

Qeyri-müəyyənlər
“Suduva” (Litva) – 6,750
“Omoniya” (Kipr) – 5,350
“Vardar” (Şimali Makedoniya) – 5,000
“Sarayevo” (Bosniya və Herseqovina) – 4,750
“Fola” (Lüksemburq) – 4,750
“Dinamo” (Tbilisi, Gürcüstan) – 4,750
“Yurqorden” (İsveç) – 4,550
“Flora” (Estoniya) – 4,000
“Dinamo” (Brest, Belarus) – 3,775

Səpələnməmişlər
“Riqa” (Latviya) – 3,500
“Konnah” (Uels) – 3,250
“Klaksvik” (Farer adaları) – 2,750
“Europa” (Cəbəllütariq) – 2,750
“KuPS” (Finlandiya) – 2,500
“Reykyavik” (İslandiya) – 2,500
“Floriana” (Malta) – 1,150