10:07 19-06-2020
news_image
104
FUTBOL

İdman direktorunu qovdu – paytaxt klubu

“Roma” klubu idman direktoru Canluka Petrakini vəzifəsindən uzaqlaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İtaliyalı sabiq futbolçu transfer siyasəti ilə bağlı aparılan fikir mübadiləsi zamanı klub prezidenti Ceyms Pallotta ilə mübahisə etdiyi üçün amerikalı biznesmen tərəfindən qovulub.

Qeyd edək ki, ötən il “Roma”ya təyin edilən Canluka Petrakinin illik maaşı 1 milyon avro idi.