10:25 19-06-2020
news_image
336
FUTBOL

“İsrailə qayıtmağın vaxtıdır” – Əmir Ağayev

“Mövsümün erkən dayandırılması qərarından sonra yekunu dəyərləndirmək olar”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın yarımmüdafiəçisi Əmir Ağayev deyib.

İsrailli futbolçu sosial şəbəkə vasitəsilə AFFA İcraiyyə Komitəsinin Premyer Liqada mövsümün başa çatdırılması qərarına münasibət bildirib. 28 yaşlı pleymeyker 4-cü yeri tutaraq avrokuboklara vəsiqə qazanmalarının sevincini yaşadığını yazıb: “Sondan başlayacam. Deyə bilərik ki, tarix yazdıq. Çempionatı 4-cü yerdə bitirərək “Sumqayıt”ı tarixində ilk dəfə Avropaya daşıdıq. Əla formada olduğum üçün liqanın dayandırılması üzündən qarışıq hisslər keçirirəm. Amma inanclı bir insan olaraq əminəm ki, hər şey yaxşı olacaq”.

Ağayev ailəsini görmək üçün İsrailə qayıdacağını da əlavə edib: “Ailəmi və dostlarımı bir ildir ziyarət edə bilmirəm. Artıq İsrailə qayıtmağın vaxtıdır. Bir az istirahət edib, növbəti mövsümə hazırlaşmaq olar”.

Qeyd edək ki, “Sumqayıt” müqavilə müddəti başa çatan Əmir Ağayevə yeni sözləşmə təklif edib. Həmçinin Premyer Liqanın bir neçə klubu da onun xidmətində maraqlıdır.