11:00 19-06-2020
news_image
279
FUTBOL

Avrokuboklarda püşkatmaların vaxtı açıqlandı – 2020/21 mövsümünün

Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma vaxtları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA ilk püşk tarixi kimi avqustun 9-nu seçib.

Həmin gün Çempionlar Liqasında I seçmə mərhələsinin püşkü atılacaq və Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşəcək.

Ertəsi gün isə Avropa Liqasında I seçmə mərhələnin püşkatma mərasimi təşkil olunacaq, “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini tanıyacaq.

Çempionlar Liqasının püşkatmaları:
I seçmə mərhələ - 9 avqust
II seçmə mərhələ - 10 avqust
III seçmə mərhələ - 31 avqust
Pley-off mərhələsi - 1 sentyabr
Qup mərhələsi - 1 oktyabr

Avropa Liqasının püşkatmaları:
I seçmə mərhələ - 10 avqust
II seçmə mərhələ - 31 avqust
III seçmə mərhələ - 1 sentyabr
Play-off mərhələsi - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr